XƏBƏR • GÜNDƏM • MƏDƏNİYYƏT • CƏMİYYƏT ✦ 19 Oktyabr 2026 ✦ 14:11:34 ✦ 🌡️ Bakı — yenilənir… ✦ AZN  |  1 USD = 1.70  |  1 EUR = 1.84  |  1 RUB = 0.021
✦ MƏLUMAT • XƏBƏR • CƏMİYYƏT AZ⌄

Azərbaycanda kiçik sahibkarlara verilən kreditlərin həcmi artıb

Mətn:
Paylaş: WhatsApp Telegram Facebook X LinkedIn E-poçt

Azərbaycan.media xəbər verir ki, bu ilin oktyabrın 1-nə olan məlumata görə, Azərbaycanda kiçik sahibkarlıq subyektlərinə verilən kreditlərin həcmi 1 milyard 620 milyon manat təşkil edib.

Azərbaycan Mərkəzi Bankının açıqladığı statistikaya əsasən, bu göstərici cari ilin sentyabr ayı ilə müqayisədə 46,4 milyon manat və ya 2,9%, ötən ilin eyni dövrü ilə müqayisədə isə 48 milyon manat və ya 3% artım deməkdir.

Məlumata görə, sentyabrın 1-nə qədər bu rəqəm 1 milyard 573 milyon manat olub. Müqayisə üçün, 2024-cü ilin oktyabrın 1-nə göstərici 1 milyard 572 milyon manat təşkil edib.

Ümumilikdə, bu ilin oktyabr ayının 1-nə Azərbaycan banklarının biznes kredit portfelinin həcmi 15 milyard 545 milyon manata çatıb. Bu da əvvəlki ayla müqayisədə 452,8 milyon manat və ya 3%, ötən ilin eyni dövrü ilə müqayisədə isə 1,1 milyard manat və yaxud 7,9% çoxdur.

Etiketlər: