🌐 Keçmişin izi, gələcəyin sözü
11 İyul 2026, saat 07:27   •   🌡️ Bakı

Ermənistana Almaniyadan 152 milyon avro maliyyə dəstəyi – Nazir məlumat verdi

Azərbaycan.media xəbər verir ki, erməni mətbuatına istinadla, Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan Berlində keçirilən Almaniya-Ermənistan hökumətlərarası komissiyasının iclasının nəticələrini şərh edib.

Nazir bildirib ki, ayrılan məbləğin 18 milyon avrosu qrant, 134 milyon avrosu isə “çox aşağı, sıfırdan bir qədər yuxarı faizlə verilən” kredit şəklində təqdim olunacaq.

Vəsaitlərin bir hissəsi kiçik və orta biznesin, bərpa olunan enerji sektorunun inkişafına, həmçinin Ermənistan iqtisadiyyatının qarşısında duran bir sıra mühüm məsələlərin həllinə yönəldiləcək.