“Elmlər Akademiyası” metrostansiyasını Bayıl parkı ilə birləşdirən 53 nömrəli şəhərdaxili marşrut xəttində 2025-ci il istehsalı olan, ekoloji cəhətdən təmiz CNG texnologiyalı, müasir avtobuslar sərnişinlərin istifadəsinə veriləcək.
Azərbaycan.media xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.