XƏBƏR • GÜNDƏM • MƏDƏNİYYƏT • CƏMİYYƏT ✦ 19 Oktyabr 2026 ✦ 13:13:36 ✦ 🌡️ Bakı — yenilənir… ✦ AZN  |  1 USD = 1.70  |  1 EUR = 1.84  |  1 RUB = 0.021
✦ MƏLUMAT • XƏBƏR • CƏMİYYƏT AZ⌄

ATU-da “Huma quşu” təhsilə yardım fondunun təqdimatı keçirilib

Mətn:
Paylaş: WhatsApp Telegram Facebook X LinkedIn E-poçt

 

 

Azərbaycan.media xəbər verir ki, Azərbaycan Tibb Universitetinin Müalicə-profilaktika fakültəsinin və Uşaq xəstəlikləri kafedrasında, assistent vəzifəsində çalışan, pediatriya ixtisası üzrə tibb elmləri fəlsəfə doktoru Gültəkin Novruzova 29 oktyabr 2025-ci il tarixində tələbələrin parlaq gələcəyi naminə fəaliyyət göstərən “Huma quşu” təhsilə yardım fondunun təşkilat heyətinin üzvləri ilə bir araya gəlib.

Tədbir zamanı fondun məqsəd və istiqamətləri, gənclərin təhsil imkanlarının genişləndirilməsi və tələbələrə dəstək mexanizmləri barədə ətraflı məlumat verilib. Görüşdə iştirakçılar tələbələrin inkişafına yönəlmiş layihələrin həyata keçirilməsinin əhəmiyyətini vurğulayıblar.

Bu kimi təşəbbüslərin gənclərin elmə və təhsilə marağının artırılmasında mühüm rol oynayacağı qeyd olunub.

Fuad Biləsuvarlı

Mənbə: Azərbaycan.media

Etiketlər: