XƏBƏR • GÜNDƏM • MƏDƏNİYYƏT • CƏMİYYƏT ✦ 19 Oktyabr 2026 ✦ 13:13:35 ✦ 🌡️ Bakı — yenilənir… ✦ AZN  |  1 USD = 1.70  |  1 EUR = 1.84  |  1 RUB = 0.021
✦ MƏLUMAT • XƏBƏR • CƏMİYYƏT AZ⌄

Ağdərədə beton qarışdıran maşın dərəyə aşıb, sürücü ölüb

Mətn:
Paylaş: WhatsApp Telegram Facebook X LinkedIn E-poçt

Azərbaycan.media xəbər verir ki, Ağdərədə beton qarışdıran avtomobilin dərəyə aşması nəticəsində sürücü həyatını itirib. Hadisə rayonun Çıldıran kəndi ərazisində baş verib.

Bərdə rayon Yenidaşkənd kənd sakini, 1968-ci il təvəllüdlü Hafiz Qocamanovun idarə etdiyi HOVO markalı beton qarışdıran avtomobil idarəetmədən çıxaraq dərəyə yuvarlanıb. Nəticədə sürücü H.Qocamanov ölüb. Faktla bağlı araşdırma aparılır.

Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, “112” qaynar telefon xəttinə Ağdərə rayonunun Çıldıran kəndi ərazisində yük avtomobilinin dərəyə aşması barədə məlumat daxil olub. Qəza yerinə nazirliyin ən yaxın xilasetmə qüvvələri cəlb olunub.

Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri sürücünün meyitini dərədən çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Hadisə ilə bağlı ətraflı məlumatı və yenilənmələri Azərbaycan.media saytından izləyə bilərsiniz.

Etiketlər: