XƏBƏR • GÜNDƏM • MƏDƏNİYYƏT • CƏMİYYƏT ✦ 19 Oktyabr 2026 ✦ 14:42:25 ✦ 🌡️ Bakı — yenilənir… ✦ AZN  |  1 USD = 1.70  |  1 EUR = 1.84  |  1 RUB = 0.021
✦ MƏLUMAT • XƏBƏR • CƏMİYYƏT AZ⌄

Rusiya Milli Qvardiyasının azərbaycanlı generalı Mirzə Mirzəyev 9 il həbs edildi

Mətn:
Paylaş: WhatsApp Telegram Facebook X LinkedIn E-poçt

Rusiya Milli Qvardiyasının (Rosqvardiya) arxa cəbhə xidmətinin sabiq rəis müavini, azərbaycanlı general Mirzə Mirzəyev 9 il müddətinə azadlıqdan məhrum edilib.

Azərbaycan.media xəbər verir ki, bu barədə Modern.az məlumat yayıb. Rostov qarnizonu hərbi məhkəməsi onu xüsusilə böyük məbləğdə rüşvət alma və hədə-qorxu yolu ilə pul tələb etmə ittihamları üzrə təqsirli bilib.

Hökmə əsasən, Mirzə Mirzəyev cəzasını ciddi rejimli koloniyada çəkəcək.

53 yaşlı general 2024-cü ilin noyabrında həbs olunub. İstintaqın məlumatına görə, o, 2023-cü ildə anbar tikintisi üçün modul istehsal edən şirkətin rəhbərliyindən 140 milyon rubl “otkat” alıb. Əvəzində müqavilənin ümumi məbləği olan 479,9 milyon rubl artırılıb. Cinayət işinin əsas sübutu “Pegas-Eko” MMC-nin baş direktoru Erkin Zahidovun ifadələri olub.

Mirzə Mirzəyev (tam adı — Mirzə Mirzəyev Mais oğlu) 1972-ci il mayın 26-da anadan olub. O, 2006-cı ildə Sankt-Peterburqda yerləşən Təchizat və Nəqliyyat Hərbi Akademiyasını bitirib. 2012-ci ildə həmin akademiya general A. Xrulyovun adını daşıyan Maddi-Texniki Təminat Hərbi Akademiyası adlandırılıb.

Etiketlər: