XƏBƏR • GÜNDƏM • MƏDƏNİYYƏT • CƏMİYYƏT ✦ 19 Oktyabr 2026 ✦ 13:14:14 ✦ 🌡️ Bakı — yenilənir… ✦ AZN  |  1 USD = 1.70  |  1 EUR = 1.84  |  1 RUB = 0.021
✦ MƏLUMAT • XƏBƏR • CƏMİYYƏT AZ⌄

Hüseyn Məlikov “Payız əfsanələri – 2025” müsabiqəsində 2-ci yerə layiq görüldü

Mətn:
Paylaş: WhatsApp Telegram Facebook X LinkedIn E-poçt

 

Azərbaycan.media xəbər verir ki, “Payız əfsanələri – 2025” yaradıcılıq müsabiqəsinin qalibləri müəyyənləşib. Müsabiqədə  Hüseyn Məlikov “Nar çiçəyi” adlı əsəri ilə 2-ci dərəcəli laureat diplomuna layiq görülüb.

Yarış Azərbaycan Gənclər İttifaqı və Azərbaycan Rəqs Assosiasiyası tərəfindən təşkil olunub. Hüseyn Məlikov “Prim reabilitasiya mərkəzi”nin təmsilçisi kimi “Təsviri sənət” istiqamətində “Solo” nominasiyasında uğur qazanıb. Onun bədii rəhbəri Bağdagül İsrafilova olub.

Qeyd edək ki, müsabiqənin məqsədi gənc və istedadlı sənətçilərin yaradıcılığını dəstəkləmək, onların bacarıqlarını cəmiyyətə tanıtmaqdır.

Hüseyn Məlikov sosial mediada paylaşım edərək, bu uğurunun onun üçün xüsusi əhəmiyyət daşıdığını bildirib və öz rəhbərinə təşəkkürünü ifadə edib.

Fuad BİLƏSUVARLI

Mənbə: Azərbaycan.media

 

Etiketlər: