XƏBƏR • GÜNDƏM • MƏDƏNİYYƏT • CƏMİYYƏT ✦ 19 Oktyabr 2026 ✦ 15:26:08 ✦ 🌡️ Bakı — yenilənir… ✦ AZN  |  1 USD = 1.70  |  1 EUR = 1.84  |  1 RUB = 0.021
✦ MƏLUMAT • XƏBƏR • CƏMİYYƏT AZ⌄

Prezident İlham Əliyev Sabirabadda aqrokimyəvi vasitələrin istehsalı müəssisəsinin fəaliyyəti ilə tanış olub

Mətn:
Paylaş: WhatsApp Telegram Facebook X LinkedIn E-poçt

Azərbaycan.media xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 28-də Sabirabad Sənaye Məhəlləsində “Humix” MMC-nin aqrokimyəvi vasitələrin istehsalı müəssisəsinin fəaliyyəti ilə tanış olub.

“Humix” MMC-yə 2021-ci ildə Sabirabad Sənaye Məhəlləsinin rezidenti statusu verilib. Müəssisədə orqanik-mineral (toz), kimyəvi (maye və toz) və qranul gübrələr istehsal olunur.

Türkiyə, Çin və yerli texnologiyalara əsaslanan müəssisənin illik istehsal gücü 18 min ton gübrə təşkil edir. Burada istehsal olunan məhsullar daxili bazarın tələbatını qarşılamaqla yanaşı, ixraca da yönəldiləcək. Müəssisədə 16 nəfər daimi işlə təmin olunub.

Qeyd edək ki, investisiya dəyəri 1,45 milyon manat olan müəssisəyə İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Biznesinin İnkişafı Fondu tərəfindən 497 min manat məbləğində güzəştli kredit ayrılıb və investisiya təşviqi sənədi təqdim edilib.

Etiketlər: