Azərbaycan.media xəbər verir ki, Göygöl rayonunun Hacıməlik qəsəbəsi yaxınlığında yerləşən “Muraz” kəndli fermer təsərrüfatından oğurluq hadisəsi baş verib.
Axar.az-ın Teleqraf-a istinadən verdiyi məlumata görə, gecə saat 02:20-də maskalı şəxslər təsərrüfatdan 62 baş ana qoyunu oğurlayaraq naməlum istiqamətə aparıblar.
Təsərrüfat sahibi Mahir Tağıyev bildirib ki, oğurluq hadisəsi təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Məsələ ilə əlaqədar Göygöl RPŞ-yə müraciət edilib və polis əməliyyat-axtarış tədbirləri həyata keçirir.
Hazırda fermada qalan təxminən 70 südəmər quzu təsərrüfatın işçiləri tərəfindən əllə yemlənir. Mahir Tağıyev qeyd edib ki, analarının tapılmaması halında quzuların sağ qalmaq ehtimalı çox azdır.