🌐 Keçmişin izi, gələcəyin sözü
11 İyul 2026, saat 08:09   •   🌡️ Bakı

Monteneqro Türkiyə vətəndaşları üçün vizasız rejimi ləğv etdi

Monteneqro Türkiyə vətəndaşları üçün vizasız rejimi dayandırıb.

Azərbaycan.media xəbər verir ki, bu barədə ölkənin Baş naziri Milojko Spayiç sosial şəbəkə X hesabında məlumat yayıb.

Baş nazir bildirib ki, belə bir qərarın qəbuluna səbəb son illərdə Monteneqro ərazisində Türkiyə vətəndaşları ilə bağlı zorakılıq hadisələrinin artmasıdır.

Yeni qərara əsasən, Monteneqroya səfər etmək istəyən Türkiyə vətəndaşları üçün bundan sonra viza tələbi tətbiq ediləcək.