🌐 Keçmişin izi, gələcəyin sözü
11 İyul 2026, saat 11:19   •   🌡️ Bakı

Bakıda iki oğurluq faktı – biri evdən, biri avtomobildən

Azərbaycan.media xəbər verir ki, oktyabrın 26-da Xətai rayonunda yerləşən evlərin birindən oğurluq edilib. Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Zərərçəkən polisə müraciət edərək evindən 15 min 500 manatın oğurlandığını bildirib. Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 25 yaşlı B.Babayev müəyyən edilərək saxlanılıb.

Digər hadisə isə Nəsimi rayonunda qeydə alınıb. Bir nəfərə məxsus “Hyundai” markalı avtomobilin ehtiyat hissəsini oğurlamaqda şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum olunmuş 43 yaşlı A.Tağıyev polis tərəfindən tutulub.

Faktlarla bağlı araşdırma aparılır.