XƏBƏR • GÜNDƏM • MƏDƏNİYYƏT • CƏMİYYƏT ✦ 19 Oktyabr 2026 ✦ 11:24:38 ✦ 🌡️ Bakı — yenilənir… ✦ AZN  |  1 USD = 1.70  |  1 EUR = 1.84  |  1 RUB = 0.021
✦ MƏLUMAT • XƏBƏR • CƏMİYYƏT AZ⌄

Dövlət sərhədini keçməyə cəhd edən xarici ölkə vətəndaşları saxlanılıb

Mətn:
Paylaş: WhatsApp Telegram Facebook X LinkedIn E-poçt

Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz yolla keçməyə cəhd göstərən bir qrup xarici ölkə vətəndaşı Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşları tərəfindən saxlanılıb.

Azərbaycan.media xəbər verir ki, bu barədə məlumatı DSX-nin Mətbuat Mərkəzi yayıb.

Bildirilib ki, DSX-nin “Şəki” sərhəd dəstəsinin xidməti ərazisində Azərbaycandan Rusiya istiqamətinə keçməyə cəhd edən iki nəfər Mərakeş vətəndaşı – Mohammed Fassih və Ousama Ben Moulay saxlanılıb.

Həmçinin “Şəmkir” sərhəd dəstəsinin xidməti ərazisində Gürcüstan istiqamətində dövlət sərhədini pozmağa çalışan üç nəfər Pakistan vətəndaşı – Ali Syed Farman, Amir Muhammad Shantazgul və Shah Syed Norman həyata keçirilən əməliyyat-qoşun tədbirləri nəticəsində tutulublar.

Hazırda faktlarla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Etiketlər: