XƏBƏR • GÜNDƏM • MƏDƏNİYYƏT • CƏMİYYƏT ✦ 19 Oktyabr 2026 ✦ 14:42:47 ✦ 🌡️ Bakı — yenilənir… ✦ AZN  |  1 USD = 1.70  |  1 EUR = 1.84  |  1 RUB = 0.021
✦ MƏLUMAT • XƏBƏR • CƏMİYYƏT AZ⌄

Bakıda qəzalı binalar söküləcək

Mətn:
Paylaş: WhatsApp Telegram Facebook X LinkedIn E-poçt

Bakıda qəzalı binalar söküləcək

Bakı şəhərinin Sabunçu və Suraxanı rayonları ərazisində yerləşən istismar müddəti bitmiş qəzalı binaların söküntüsü həyata keçiriləcək.

Azərbaycan.media xəbər verir ki, bu barədə məlumat Trend-ə istinadla yayılıb.

Məlumata görə, söküntü işləri Sabunçu rayonunun Q.Vəzirov küçəsi, döngə 2, bina 5 və 6, həmçinin Y.Qasımov küçəsi, ev 39, eləcə də Suraxanı rayonunun Xanlar Ələkbərov küçəsi, ev 43 ünvanlarında aparılacaq.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin tabeliyində fəaliyyət göstərən Ərazi Tikinti-Planlaşdırma Mərkəzi söküntü işlərinin təşkilinə dair layihə-smeta sənədlərinin hazırlanmasını artıq başa çatdırıb.

Qeyd edilir ki, sözügedən işlərin icrası “Global Engineering Management Company” MMC-yə həvalə edilib və bununla bağlı rəsmi müqavilə imzalanıb.

Müqaviləyə əsasən, şirkətə 21 948 manat məbləğində vəsait ödənilib.

Etiketlər: