🌐 Keçmişin izi, gələcəyin sözü
11 İyul 2026, saat 12:30   •   🌡️ Bakı

Firudin Həsənağanın şeirləri

Uzaqda

Yuxusu qeybə çəkilən,
Daş damlardan uzaqda.
Sahili görünməyən
İnamlardan uzaqda.

Qaralanıb, ağlanıram
An-an varaqlanıram…
Kəsrlərə aldanıram,
Bu tamlardan uzaqda.

İlahi eşqə gəlirlər,
Gözlərində qərib sirrlər…
Balıqlar xöşbəxt ölürlər
Adamlardan uzaqda…

Bilən varmı ki,hardasan?!

Bütün olan, olacaqlar
İlahi anın içində.
Heç yorulmadınmı,adam
Yanan səhranın içində?!

Əridi,anlar əridi,
Şükürlər,hələ diridi…
Neçə ilin əsiridi
Ruhun bu canın içində?!

Hardasan,adam,hardasan?
Bilən varmı ki,hardasan?!
Sən  zamandan kənardasan,
Yoxsa,zamanın içində?!…

Mənbə: Azərbaycan.media