🌐 Keçmişin izi, gələcəyin sözü
11 İyul 2026, saat 18:32   •   🌡️ Bakı

NATO təlimləri Rusiya ordusunun diqqətindədir – Peskov

Azərbaycan.media xəbər verir ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov NATO-nun Şimal dənizində keçirilən manevrləri şərh edərək bildirib ki, bu cür təlimlər həmişə Rusiya hərbçilərinin diqqət mərkəzindədir.

Peskov vurğulayıb: “NATO təlimləri daim Rusiya hərbçilərinin diqqətindədir və onların plan və niyyətləri diqqətlə təhlil edilir.”

Qeyd edək ki, “Der Spiegel” xəbər verir ki, NATO Hərbi Hava Qüvvələri Şimal dənizində “Ramstein Flag 2025” təlimlərini keçirir. Təlimlər alyansın müttəfiqlərinin ərazisinə mümkün “Rusiya hücumunu” dəf etmək və düşmənin qarşısını almaq ssenarisi üzərində qurulub.