XƏBƏR • GÜNDƏM • MƏDƏNİYYƏT • CƏMİYYƏT ✦ 19 Oktyabr 2026 ✦ 19:35:47 ✦ 🌡️ Bakı — yenilənir… ✦ AZN  |  1 USD = 1.70  |  1 EUR = 1.84  |  1 RUB = 0.021
✦ MƏLUMAT • XƏBƏR • CƏMİYYƏT AZ⌄

Zəngəzur dəhlizinin açılışı 2028-ci ilin sonuna planlaşdırılır

Mətn:
Paylaş: WhatsApp Telegram Facebook X LinkedIn E-poçt

Azərbaycan.media xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev bildirib ki, Zəngəzur dəhlizinin açılması 2028-ci ilin sonuna qədər reallaşa bilər. Bu barədə dövlət başçısı Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ilə görüşdən sonra mətbuata açıqlamasında məlumat verib.

Prezident qeyd edib ki, hazırda həyata keçirilən layihələr arasında Zəngəzur dəhlizi də xüsusi əhəmiyyət daşıyır: “Azərbaycan ərazisində bütün avtomobil və dəmir yolu bağlantıları gələn ilin ortalarına qədər tamamlanacaq. Ümid edirik ki, digər ölkələrin ərazisində də işlər eyni sürətlə irəliləyəcək və nəticədə dəhlizin açılışı 2028-ci ilin sonuna qədər mümkün olacaq”.

Etiketlər: