🌐 Keçmişin izi, gələcəyin sözü
11 İyul 2026, saat 11:32   •   🌡️ Bakı

Azərkosmos” yüksək dəqiqlikli peyk təsvirləri hazırlayır

İqtisadiyyat Nazirliyinin sifarişi ilə “Azərkosmos” ölkə ərazisinin 30–50 santimetrlik yüksək dəqiqlikli peyk təsvirlərini hazırlayır.

Azərbaycan.media xəbər verir ki, bu barədə “Kosmosdan gələn imkanlar: Kosmik müşahidəmizin sosial-iqtisadi inkişafa töhfəsinin 10 ili” adlı tədbirdə İqtisadiyyat Nazirliyinin şöbə müdiri Anar Nərimanov məlumat verib.

Onun sözlərinə görə, hazırlanacaq peyk təsvirləri əsasında Azərbaycanın müxtəlif relyef xəritələri tərtib olunacaq:

“Bu layihə yalnız İqtisadiyyat Nazirliyinin deyil, bütün dövlət qurumlarının, təşkilatların, sahibkarların və vətəndaşların istifadəsinə açıq resursa çevriləcək. Həmçinin, bu məlumatlardan Milli Məkan Məlumatları İnfrastrukturunun yaradılmasında geniş şəkildə istifadə olunacaq”, – deyə Anar Nərimanov bildirib.