XƏBƏR • GÜNDƏM • MƏDƏNİYYƏT • CƏMİYYƏT ✦ 19 Oktyabr 2026 ✦ 15:56:30 ✦ 🌡️ Bakı — yenilənir… ✦ AZN  |  1 USD = 1.70  |  1 EUR = 1.84  |  1 RUB = 0.021
✦ MƏLUMAT • XƏBƏR • CƏMİYYƏT AZ⌄

Aysel Xanlarqızının yeni şeiri

Mətn:
Paylaş: WhatsApp Telegram Facebook X LinkedIn E-poçt
Canımda sevdim səni

Buludları tapdayıb,
Nəfəsində susduğum.
Kirpikləri sığalım,
Ovucları yastığım
Canımda sevdim səni…

Uzaq, bitməz yollarda,
Saçlarından asılan,
Mənəm dərviş ömürlü…
Səni axtardım hər an
Hamında,
Sevdim səni…

Ayağı yerdən üzüb,
Qanadsız uçdu ürək.
Sərhədləri adlayıb,
Neçə qitə keçdim tək
Sonunda
sevdim səni…

Telefon tuşlarında,
Gözüm qalıb hər yanda.
Uçmaqdan yorulmayan,
Bir təyyarə önündə…
Önündə
Sevdim səni…

Tənhalığın o nimdaş,
Əynində sevdim səni.
Olsan da, olmasan da
Yanımda
Sevdim səni…
Sevdim səni…

Müəllif: Aysel Xanlarqızı

Mənbə: Azərbaycan.media
Etiketlər: