XƏBƏR • GÜNDƏM • MƏDƏNİYYƏT • CƏMİYYƏT ✦ 19 Oktyabr 2026 ✦ 15:38:05 ✦ 🌡️ Bakı — yenilənir… ✦ AZN  |  1 USD = 1.70  |  1 EUR = 1.84  |  1 RUB = 0.021
✦ MƏLUMAT • XƏBƏR • CƏMİYYƏT AZ⌄

Gürcüstan Azərbaycandan elektrik alışını 6,7 dəfə çoxaldıb

Mətn:
Paylaş: WhatsApp Telegram Facebook X LinkedIn E-poçt

Bu ilin yanvar-sentyabr aylarında Gürcüstan Azərbaycandan 372,76 milyon kilovatt/saat həcmində elektrik enerjisi idxal edib.

Azərbaycan.media xəbər verir ki, bu barədə Gürcüstan Dövlət Elektrosistemi SC-nin hesabatında məlumat verilib.

Rəsmi rəqəmlərə əsasən, ötən ilin eyni dövrü ilə müqayisədə Gürcüstanın Azərbaycandan elektrik enerjisi idxalı 6,7 dəfə artıb.

Hesabat dövründə Gürcüstan ümumilikdə 1 milyard 542 milyon kilovatt/saat elektrik enerjisi idxal edib. Bunun 43,6 faizini (672,73 milyon kVt/saat) Rusiya təmin edib. Azərbaycan isə qonşu ölkənin enerji tələbatının 24,18 faizini ödəyib.

Bundan başqa, yanvar-sentyabr aylarında Gürcüstan üzərindən Azərbaycandan Türkiyəyə 519,94 milyon kilovatt/saat elektrik enerjisi tranziti həyata keçirilib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 49 faiz azdır.

Etiketlər: