🌐 Keçmişin izi, gələcəyin sözü
11 İyul 2026, saat 04:16   •   🌡️ Bakı

Jurnalist Aqil Ələsgərin keçmiş həyat yoldaşı Günay Fərəcova intihara cəhd edib

 

Hurriyyet.az-ın əldə etdiyi məlumata görə, Günay Fərəcova çoxlu sayda həb qəbul edib.

Dərhal Klinik Tibbi Mərkəzə çatdırılan G. Fərəcovanın vəziyyəti ağır qiymətləndirilir.

Qeyd edək ki, bir neçə gün əvvəl Aqil Ələsgər ailəsinin şantaja məruz qalması barədə sosial mediada açıqlama yaymışdı.

O, açıqlamasında heç kimin adını çəkməsə də hüquq-mühafizə orqanlarına müraciət etdiyini, təhdidlərdən təngə gəldiyini və intihar edəcəyini demişdi.

Aqil Ələsgər Günay Fərəcovanın intihara cəhd etdiyini təsdiqləyib.

Qeyd edək ki, Klinik Tibbi Mərkəzdən hadisəyə münasibət öyrənmək mümkün olmayıb.