XƏBƏR • GÜNDƏM • MƏDƏNİYYƏT • CƏMİYYƏT ✦ 19 Oktyabr 2026 ✦ 12:16:47 ✦ 🌡️ Bakı — yenilənir… ✦ AZN  |  1 USD = 1.70  |  1 EUR = 1.84  |  1 RUB = 0.021
✦ MƏLUMAT • XƏBƏR • CƏMİYYƏT AZ⌄

Azərbaycanın iqtisadiyyat naziri ABŞ-də İslam İnkişaf Bankı ölkələrinin görüşündə iştirak edib

Mətn:
Paylaş: WhatsApp Telegram Facebook X LinkedIn E-poçt


Azərbaycan.media xəbər verir ki, ABŞ-də səfərdə olan Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Beynəlxalq Valyuta Fondu və Dünya Bankı Qrupunun 2025-ci il üzrə İllik Toplantısı çərçivəsində İslam İnkişaf Bankına üzv ölkələrin müdirləri ilə keçirilən görüşdə və onlar üçün təşkil olunmuş naharda iştirak edib.

Nazir bu barədə “X” sosial şəbəkəsində paylaşım edib. O bildirib ki, tədbir İslam İnkişaf Bankı Qrupunun sədri Məhəmməd Süleyman Əl-Casir və üzv dövlətlərin nümayəndələri ilə dayanıqlı və inklüziv inkişaf prioritetləri barədə fikir mübadiləsi aparmaq üçün səmərəli platforma olub.

Görüş zamanı Azərbaycanın 2026-cı ildə İslam İnkişaf Bankı Qrupunun İllik Toplantısına ev sahibliyi etməsi ilə bağlı hazırlıqlar, eləcə də islam maliyyə institutları ilə əməkdaşlığın gücləndirilməsi məsələləri müzakirə olunub.

Etiketlər: