XƏBƏR • GÜNDƏM • MƏDƏNİYYƏT • CƏMİYYƏT ✦ 19 Oktyabr 2026 ✦ 17:11:05 ✦ 🌡️ Bakı — yenilənir… ✦ AZN  |  1 USD = 1.70  |  1 EUR = 1.84  |  1 RUB = 0.021
✦ MƏLUMAT • XƏBƏR • CƏMİYYƏT AZ⌄

Azərbaycanda faktiki hava şəraiti: Şahdağa qar yağıb, bəzi bölgələrdə leysan davam edir

Mətn:
Paylaş: WhatsApp Telegram Facebook X LinkedIn E-poçt


Milli Hidrometeorologiya Xidmətindən Azərbaycan.media saytına verilən məlumata görə, ölkə ərazisinin bir sıra bölgələrində yağıntılı hava şəraiti davam edib. Ayrı-ayrı ərazilərdə yağan yağışlar leysan xarakterli olub, yüksək dağlıq ərazilərdə – xüsusilə Şahdağda qar müşahidə edilib.

Məlumata əsasən, son sutkada yağıntının miqdarı aşağıdakı kimi qeydə alınıb:

  • Lənkəran – 56 mm

  • Astara – 30 mm

  • Lerik – 20 mm

  • Oğuz – 8 mm

  • Zaqatala – 7 mm

  • Yardımlı – 6 mm

  • Quba – 5 mm

  • Xızı, Bakı və Abşeron yarımadası – 4 mm

  • Qəbələ və Şabran – 3 mm

  • Zərdab – 2 mm

  • Yevlax, Neftçala, Balakən, Göyçay, Qax (Sarıbaş), Şəki, İsmayıllı, Şamaxı, Qusar və Sabirabad – 1 mm

Bundan əlavə, Daşkəsən, Gədəbəy, Naftalan, Zaqatala, Qax (Sarıbaş), Şəki, Şamaxı, Xızı, Qusar, Quba və Göyçayda duman müşahidə olunub. Dumanlı hava şəraiti nəticəsində bəzi yerlərdə görünüş məsafəsi 200 metrədək azalıb.

Etiketlər: