XƏBƏR • GÜNDƏM • MƏDƏNİYYƏT • CƏMİYYƏT ✦ 19 Oktyabr 2026 ✦ 15:48:31 ✦ 🌡️ Bakı — yenilənir… ✦ AZN  |  1 USD = 1.70  |  1 EUR = 1.84  |  1 RUB = 0.021
✦ MƏLUMAT • XƏBƏR • CƏMİYYƏT AZ⌄

Pakistan və Əfqanıstan arasında atəşkəs Dohadakı danışıqların sonuna qədər uzadılıb

Mətn:
Paylaş: WhatsApp Telegram Facebook X LinkedIn E-poçt

Azərbaycan.media xəbər verir ki, bu barədə “Dawn” qəzeti adı açıqlanmayan yüksək səviyyəli diplomatik mənbəyə istinadla məlumat yayıb. Bildirilir ki, atəşkəs bu gün Qətərin paytaxtı Dohada başlanması planlaşdırılan danışıqların yekununa qədər qüvvədə qalacaq.

Mənbənin sözlərinə görə, atəşkəsin uzadılması təşəbbüsü Əfqanıstan tərəfindən irəli sürülüb.

Digər tərəfdən, “Tolo News” Qətərdəki mənbələrə istinadən xəbər verir ki, atəşkəsin uzadılması Pakistanın istəyilə həyata keçirilib.

Danışıqların nə vaxt başa çatacağı barədə isə hələlik məlumat verilmir.

Etiketlər: