XƏBƏR • GÜNDƏM • MƏDƏNİYYƏT • CƏMİYYƏT ✦ 19 Oktyabr 2026 ✦ 13:09:02 ✦ 🌡️ Bakı — yenilənir… ✦ AZN  |  1 USD = 1.70  |  1 EUR = 1.84  |  1 RUB = 0.021
✦ MƏLUMAT • XƏBƏR • CƏMİYYƏT AZ⌄

Beyləqanda azyaşlı qız sirkə turşusundan zəhərlənib

Mətn:
Paylaş: WhatsApp Telegram Facebook X LinkedIn E-poçt

Azərbaycan.media-nın məlumatına görə, 13 yaşlı G.Quluzadə ehtiyatsızlıq nəticəsində sirkə turşusunu içib. Ailə üzvləri hadisədən dərhal sonra onu Beyləqan Rayon Mərkəzi Xəstəxanasına çatdırıblar.

TƏBİB-dən verilən məlumata əsasən, hadisə bu gün səhər saat 08:00 radələrində baş verib. Zəhərlənmə şübhəsi ilə azyaşlı qız Beyləqan Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

2012-ci il təvəllüdlü pasiyentə “dəqiqləşdirilməmiş yeyici maddələrin toksik təsiri” diaqnozu qoyulub. O, ixtisaslı tibbi yardım göstərilməsi məqsədilə Bakıya – Respublika Toksikologiya Mərkəzinə təxliyə edilib.

Faktla bağlı araşdırma aparılır.

Etiketlər: