🌐 Keçmişin izi, gələcəyin sözü
25 Avqust 2026, saat 16:21   •   🌡️ Bakı

Rusiyada avtobus qəzası: 1 ölü, 45 yaralı

Azərbaycan.media xəbər verir ki, Rusiyanın Priamurye bölgəsində ağır yol-nəqliyyat hadisəsi baş verib. Tikinti şirkətində çalışan işçiləri daşıyan avtobusun aşması nəticəsində 1 nəfər həyatını itirib, 45 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.
Hadisə ilə bağlı məlumatı “TASS” agentliyi yayıb. Bildirilir ki, yaralanan şəxslərin hamısı Türkiyə vətəndaşlarıdır və bölgədə tikinti sahəsində fəaliyyət göstərən şirkətdə çalışıblar.
Qəzanın səbəbləri ilə bağlı araşdırmalar davam edir.