🌐 Keçmişin izi, gələcəyin sözü
11 İyul 2026, saat 08:30   •   🌡️ Bakı

Nil ordeni Trampa təqdim olunur

Azərbaycan.media xəbər verir ki, Misir Prezidenti Əbdülfəttah Əs-Sisi ABŞ Prezidenti Donald Trampı ölkənin ən yüksək dövlət mükafatı olan Nil ordeni ilə təltif etmək qərarına gəlib. Bu barədə Misir Prezidentinin Ofisi məlumat yayıb.
Rəsmi açıqlamada bildirilir ki, Trampın beynəlxalq münaqişələrin həllindəki töhfələri, xüsusilə Qəzza zolağındakı müharibənin dayandırılmasındakı rolu bu mükafata layiq görülməsində əsas amil olub.