🌐 Keçmişin izi, gələcəyin sözü
11 İyul 2026, saat 08:56   •   🌡️ Bakı

Nikolay Azarov: Keçmiş Ukraynaya qayıdış mümkün deyil

Azərbaycan.media xəbər verir ki, Ukraynanın sabiq baş naziri Nikolay Azarov ölkəsinin gələcəyi ilə bağlı sərt açıqlama verib. Onun sözlərinə görə, Ukrayna heç vaxt əvvəlki vəziyyətinə dönməyəcək.
“Bu, istənilən ukraynalı siyasətçinin qəbul etməli olduğu reallıqdır. Əgər dövlət çevrilişi baş verməsəydi, Ukrayna 1991-ci il sərhədləri daxilində qalacaqdı. Amma siz bunu etdiniz, hərbi münaqişəyə səbəb oldunuz. İndi isə mövcud reallıqlarla barışmaq lazımdır”, – Azarov bildirib.