🌐 Keçmişin izi, gələcəyin sözü
11 İyul 2026, saat 08:59   •   🌡️ Bakı

Bakı metrosunda ölüm hadisəsi baş verib

Azərbaycan.media xəbər verir ki, bu gün Bakı metrosunun “28 May” stansiyasında faciəli hadisə qeydə alınıb. APA-nın məlumatına görə, 1953-cü il təvəllüdlü kişi sərnişin stansiyada dünyasını dəyişib.
“Bakı Metropoliteni” QSC-nin verdiyi açıqlamada bildirilir ki, sərnişinin halı qatarda pisləşib və o, dərhal “28 May” stansiyasında qatardan düşürülüb. Hadisə yerinə çağırılan təcili tibbi yardım briqadası ilkin yardım göstərsə də, sərnişinin həyatını xilas etmək mümkün olmayıb.
Təxminən 70-75 yaşlarında olan sərnişinin ölümü ilə bağlı aidiyyəti qurumlara məlumat verilib.