🌐 Keçmişin izi, gələcəyin sözü
11 İyul 2026, saat 05:20   •   🌡️ Bakı

Paşinyan: “İrəvan və Bakı qarşılıqlı ticarət qurmalıdır”

Ermənistanın Baş naziri Nikol Paşinyan İrəvanla Bakı arasında yalnız siyasi və iqtisadi deyil, həm də qarşılıqlı ticarət əlaqələrinin qurulmasının vacibliyini vurğulayıb.
Azərbaycan.media xəbər verir ki, Paşinyan bu fikirləri Düşənbədə keçirilən MDB Dövlət Başçılarının Sammitində səsləndirib.
“Sülhün əldə olunması o demək deyil ki, ölkələr arasında bütün gündəm məsələləri tükənib. Biz hələ də qarşılıqlı ticarət qurmalı, iqtisadi, siyasi və mədəni əlaqələr yaratmalıyıq”, – deyə Paşinyan bildirib.
O, həmçinin qeyd edib ki, uzun illər davam edən düşmənçilik fonunda humanitar məsələlərin həlli çətin və məsuliyyətli bir prosesdir.
Paşinyan sonda sülhün bərqərar olması ilə bu məsələlərin tədricən öz həllini tapacağına inandığını ifadə edib.