XƏBƏR • GÜNDƏM • MƏDƏNİYYƏT • CƏMİYYƏT ✦ 19 Oktyabr 2026 ✦ 14:43:06 ✦ 🌡️ Bakı — yenilənir… ✦ AZN  |  1 USD = 1.70  |  1 EUR = 1.84  |  1 RUB = 0.021
✦ MƏLUMAT • XƏBƏR • CƏMİYYƏT AZ⌄

Xalq şairi Dəmir Gədəbəylinin şeiri

Mətn:
Paylaş: WhatsApp Telegram Facebook X LinkedIn E-poçt

CİBİN DOLANDAN…

Başına qonalı vəzifə quşu,
Şanslısan, bizləri saymırsan, daha!
Qohumu, qardaşı, dostu, sirdaşı,
Heç adam yerinə qoymursan, daha!

İçinə, çölünə bələdəm sənin,
Cikkildə sərçə tək, bol olub dənin,
Sanki, hambalıyıq, o lüt dədənin,
Gələni, gedəni duymursan, daha!

Dəmirə çox dostuq dedin yalandan,
Pul üçün keçərsən doğma balandan,
Əlin gətirəndən, cibin dolandan,
Heç bir əndazəyə uymursan, daha!

Dəmir Gədəbəyli

Mənbə: Azərbaycan.media 

Etiketlər: