🌐 Keçmişin izi, gələcəyin sözü
11 İyul 2026, saat 11:32   •   🌡️ Bakı

Lukaşenko Belarusda qiymət artımına qadağa qoydu

Belarus prezidenti Aleksandr Lukaşenko ölkədə qiymət artımının qadağan edilməsi barədə göstəriş verib.

Azərbaycan.media xəbər verir ki, bu barədə dövlət başçısı hökumətin iqtisadi bloku və parlamentin hər iki palatası ilə görüşü zamanı bildirib.

“Ayın 6-dan başlayaraq hər hansı qiymət artımı qadağandır. Qadağandır! Bu gündən. Sabahdan deyil, bu gündən başlayır”, – prezident bildirib.