🌐 Keçmişin izi, gələcəyin sözü
25 Avqust 2026, saat 12:20   •   🌡️ Bakı

Bakıda usta zavodun dam örtüyündən yıxılaraq öldü

Qaradağ rayon Sahil qəsəbəsində 29 yaşlı kişi ehtiyatsızlıqdan yıxılaraq ölüb.

Azərbaycan.media xəbər verir ki, 1996-cı il təvəllüdlü Əfqan Babayev kərpic zavodunun dam örtüyünü təmir edərkən yıxılaraq ölüb.

Faktla bağlı araşdırma aparılır.