🌐 Keçmişin izi, gələcəyin sözü
11 İyul 2026, saat 08:50   •   🌡️ Bakı

Rusiyanın Xəzərə doğru üzən gəmisi məhv edildi

Ukraynanın Xüsusi Təyinatlı Qüvvələri Kareliyada Rusiyanın “Qrad” tipli kiçik raket gəmisinin məhv edilməsi əməliyyatının təfərrüatını açıqlayıb.

Azərbaycan.media xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, əməliyyat oktyabrın 4-də yerli vaxtla saat 04:31-də Oneqa su hövzəsində baş verib.

Xüsusi təyinatlılar gəmini Baltikdən Xəzər dənizinə doğru hərəkətdə olarkən vurublar.

Zərbə gəmiyə ciddi ziyan vurub.

“Qrad” Rusiyanın ən yeni gəmilərindən biridir. 2022-ci il dekabrın 29-da Baltik Donanmasına istismara verilib. Gəminin əsas silahı Kalibr-NK raket sistemidir.