🌐 Keçmişin izi, gələcəyin sözü
25 Avqust 2026, saat 16:31   •   🌡️ Bakı

“Instagram” istifadəçilərinin nəzərinə: Harada olduğunuz görünəcək…

“Instagram” sosial şəbəkəsində daha bir funksiya istifadəyə verilib.

Azərbaycan.media xəbər verir ki, istifadəçilər dostlarının harada olduğunu real vaxtda görə və öz mövqeyini onlarla paylaşa bilər. Bu, “Live location” bölməsi sayəsində mümkün olur. Həmin hissəyə daxil olaraq funksiyanı aktiv etmək lazımdır. Bu funskiyanı tamamilə bağlamaq və ya yalnız seçilmiş dostlarla paylaşmaq da olar.

Qeyd edək ki, bəhs edilən funskiya artıq Azərbaycanda da işləkdir.