XƏBƏR • GÜNDƏM • MƏDƏNİYYƏT • CƏMİYYƏT ✦ 19 Oktyabr 2026 ✦ 14:42:19 ✦ 🌡️ Bakı — yenilənir… ✦ AZN  |  1 USD = 1.70  |  1 EUR = 1.84  |  1 RUB = 0.021
✦ MƏLUMAT • XƏBƏR • CƏMİYYƏT AZ⌄

Tramp administrasiyası xarici yardıma ayrılmış 4 milyard dollarlıq vəsaiti donduracaq

Mətn:
Paylaş: WhatsApp Telegram Facebook X LinkedIn E-poçt

ABŞ-da Ali Məhkəmə Tramp administrasiyasına Konqres tərəfindən ayrılan 4 milyard dollarlıq xarici yardım fondunu dondurmaq səlahiyyəti verib.

Azərbaycan.media APA-ya istinadən xəbər verir ki, bu haqda məlumat ABŞ Ali Məhkəməsinin hakimi Yelena Kaqanın qərarında deyilir.

“Bu gün səs çoxluğu ilə qəbul edilmiş təxirəsalma qərarı həmin məhkəmə qərarının [xarici yardımın göstərilməsi ilə bağlı] icrasını dayandırır. Nəticədə vəsait öz nəzərdə tutulan alıcılarına çatdırılmayacaq.”, – qərarda deyilir.

Müraciət Tramp administrasiyası tərəfindən sentyabrın 5-də Vaşinqtonun apellyasiya məhkəməsinin administrasiyaya qarşı qərarından sonra verilib.

Aşağı məhkəmənin qərarına əsasən, Tramp administrasiyası cari maliyyə ilinin sonuna, yəni sentyabrın 30-na qədər əvvəllər Konqres tərəfindən təsdiqlənmiş xarici yardım fondlarına ən azı 4 milyard dollar xərcləməli idi.

Etiketlər: