XƏBƏR • GÜNDƏM • MƏDƏNİYYƏT • CƏMİYYƏT ✦ 19 Oktyabr 2026 ✦ 13:05:46 ✦ 🌡️ Bakı — yenilənir… ✦ AZN  |  1 USD = 1.70  |  1 EUR = 1.84  |  1 RUB = 0.021
✦ MƏLUMAT • XƏBƏR • CƏMİYYƏT AZ⌄

Ermənistanda Azərbaycandan gedən ermənilərin yaşadığı ərazilər özəlləşdiriləcək

Mətn:
Paylaş: WhatsApp Telegram Facebook X LinkedIn E-poçt

Azərbaycanı tərk edən, yataqxanalarda məskunlaşmış və Ermənistan vətəndaşlığı almış şəxslərin yaşadığı ərazilər özəlləşdiriləcək.

Azərbaycan.media erməni mediasına istinadən xəbər verir ki, bu barədə qərar 25 sentyabrda Ermənistan hökumətinin iclasında qəbul olunub.

Söhbət Abovyan şəhərindəki Tələbə qəsəbəsinin 4-cü korpusunda, həmçinin İrəvan şəhərinin Moldovakan küçəsi 29/2 və Şirak küçəsi 2/32 ünvanlarında yerləşən binalarda yaşayan sakinlərdən gedir.

Əsaslandırmada bildirilir ki, həmin ünvanlarda yaşayan, Azərbaycandan köçmüş və Ermənistan vətəndaşlığı almış şəxslər ailələrinə yaşadıqları mənzillərin mülkiyyət hüququnun verilməsi üçün müraciət ediblər./Musavat.com

Etiketlər: