🌐 Keçmişin izi, gələcəyin sözü
11 İyul 2026, saat 06:39   •   🌡️ Bakı

Milli Məclisin deputatı Novruzəli Aslanov İsmayıllı rayonunda vətəndaşları qəbul edib -Fotolar

Milli Məclisin deputatı Novruzəli Aslanov 25 sentyabr 2025-ci il tarixində İsmayıllıda növbəti dəfə seçicilərlə görüşüb.

Azərbaycan.media xəbər verir ki, bu dəfəki qəbul deputatın İsmayıllı şəhərində yerləşən ofisində keçirilib.

Tədbirin gedişində vətəndaşları narahat edən sosial yönümlü məsələlər və şəxsi müraciətlər müzakirə olunub. Novruzəli Aslanov sakinlər tərəfindən qaldırılan sosial yönümlü məsələləri və şəxsi müraciətləri qeydə alıb və onların həlli məqsədilə müvafiq addımların atılacağını bildirib.

Deputat Novruzəli Aslanovun keçirdiyi qəbulda iştirak edən İsmayıllı şəhər sakinləri və rayon ictimaiyyətinin nümayəndələri cənab Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya İsmayıllı rayonuna göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.