XƏBƏR • GÜNDƏM • MƏDƏNİYYƏT • CƏMİYYƏT ✦ 19 Oktyabr 2026 ✦ 15:05:50 ✦ 🌡️ Bakı — yenilənir… ✦ AZN  |  1 USD = 1.70  |  1 EUR = 1.84  |  1 RUB = 0.021
✦ MƏLUMAT • XƏBƏR • CƏMİYYƏT AZ⌄

Rusiya əsl hərbi güc olsaydı… – Tramp açıqladı

Mətn:
Paylaş: WhatsApp Telegram Facebook X LinkedIn E-poçt

Ukrayna öz ilkin sərhədləri daxilində bütün ərazilərini geri almaq üçün hər cür şansa malikdir.

Azərbaycan.media Axar.az-a istinadən xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp deyib.

“Ukrayna və Rusiyadakı hərbi və iqtisadi vəziyyətlə yaxından tanış olandan və bunun Rusiyaya gətirdiyi iqtisadi çətinlikləri görəndən sonra hesab edirəm ki, Ukrayna Avropa Birliyinin dəstəyi ilə öz ilkin sərhədləri daxilində döyüşmək və bütün ərazilərini geri almaq iqtidarındadır. Avropanın, xüsusən də NATO-nun maliyyə dəstəyi ilə bu müharibənin başladığı ilkin sərhədləri bərpa etmək tamamilə mümkündür. Niyə də olmasın?”, – deyə Tramp bildirib.

Amerika lideri vurğulayıb ki, Rusiya üç il yarımdır Ukraynaya qarşı mənasız müharibə aparır.

Trampın fikrincə, əsl hərbi güc müharibəni bir həftədən az müddətdə qazana bilərdi.

Etiketlər: