XƏBƏR • GÜNDƏM • MƏDƏNİYYƏT • CƏMİYYƏT ✦ 19 Oktyabr 2026 ✦ 13:58:32 ✦ 🌡️ Bakı — yenilənir… ✦ AZN  |  1 USD = 1.70  |  1 EUR = 1.84  |  1 RUB = 0.021
✦ MƏLUMAT • XƏBƏR • CƏMİYYƏT AZ⌄

Əbülfət Mədətoğlu – Məni ovudan İLĞIM

Mətn:
Paylaş: WhatsApp Telegram Facebook X LinkedIn E-poçt

Xəyallandım bir yarpağın səsindən

İçim elə yarpaq kimi titrədi…

Hiss elədim ,Tanrımın nəfəsindən-

Və anladım, bu ömür- gün fitrədi…

 

Oxuduqca kipriklərim su içdi

Sırallandı yaddaşımda hər sətir…

Bir göz əkdi, bir göz isə qəm biçdi –

Səpələndi bu günümə o ətir!

 

Uzaqlığın əl yetməzin o anlar

Körükləyir, yaxınlığın odunu…

Məni ancaq, mənim kimi o, anlar –

Ürəyimdə gizlətsəm də adını!..

 

Bir yarpağın səsi indi ilğımdı

Qulağıma çatan isə xışıltı…

Qəlbim şıltaq uşaqdan da çılğındı –

Ona görə tərpəndikcə yıxıldı…

 

Mənbə: Azərbaycan.media 

Etiketlər: