XƏBƏR • GÜNDƏM • MƏDƏNİYYƏT • CƏMİYYƏT ✦ 19 Oktyabr 2026 ✦ 12:11:40 ✦ 🌡️ Bakı — yenilənir… ✦ AZN  |  1 USD = 1.70  |  1 EUR = 1.84  |  1 RUB = 0.021
✦ MƏLUMAT • XƏBƏR • CƏMİYYƏT AZ⌄

Ülvi Qənizadə ikinci dəfə dünya çempionu oldu

Mətn:
Paylaş: WhatsApp Telegram Facebook X LinkedIn E-poçt

Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən güləş üzrə dünya çempionatı sona yaxınlaşır.

Yarışın səkkizinci günündə 72 kq çəki dərəcəsində çıxış edən 26 yaşlı Ülvi Qənizadə finalda fransalı İbrahim Qanemi ilə üz-üzə gəlib.

Güləşçimiz rəqibini 4:2 hesabı ilə məğlub edərək yunan-Roma güləşi üzrə növbəti dəfə dünya çempionu olub.

Xatırladaq ki, ötən il Tiranada keçirilən dünya çempionatının finalında da güləşçimiz Qanemini üstələmişdi.

Qeyd edək ki, Ülvi Qənizadə 2022-ci ildə Belqradda keçirilən dünya çempionatının finalında türkiyəli Əli Arsalana uduzaraq gümüş medal qazanmışdı. O, həm də 2023-cü ilin Avropa çempionudur. \\Milli.Az

Etiketlər: