🌐 Keçmişin izi, gələcəyin sözü
25 Avqust 2026, saat 20:37   •   🌡️ Bakı

Bakıda bağçada uşaq xəsarət alıb

265 nömrəli körpələr evi-uşaq bağçasının dəhlizində tavandan bərk cisim parçasının düşməsi nəticəsində bir uşaq xəsarət alıb.

Bağçadan APA-nın sorğusuna cavab olaraq bildirib, tibb bacısı tərəfindən uşağa ilkin tibbi yardım göstərilib.

Bağça rəhbərliyi tərəfindən uşağın valideyninə dərhal məlumat verilib.

Uşaq səhiyyə müəssisəsində müayinə olunub, uyğun tibbi yardım göstərilib və vəziyyəti qənaətbəxş olduğu üçün evə buraxılıb.