XƏBƏR • GÜNDƏM • MƏDƏNİYYƏT • CƏMİYYƏT ✦ 19 Oktyabr 2026 ✦ 12:11:29 ✦ 🌡️ Bakı — yenilənir… ✦ AZN  |  1 USD = 1.70  |  1 EUR = 1.84  |  1 RUB = 0.021
✦ MƏLUMAT • XƏBƏR • CƏMİYYƏT AZ⌄

“TRT TÜRKÜ” radiosunda Bakının işğaldan azad edilməsinə həsr olunan veriliş yayımlanıb

Mətn:
Paylaş: WhatsApp Telegram Facebook X LinkedIn E-poçt

“TRT TÜRKÜ” radiosunda yayımlanan “Azərbaycan rüzgarı” proqramının buhəftəki buraxılışı Qafqaz İslam Ordusunun Bakını daşnak-bolşevik işğalından azad etməsinin 107-ci ildönümünə həsr olunub.

Azərbaycan.media AZƏRTAC-a istinadən  xəbər verir ki, proqramda şəhidlərin xatirəsi ehtiramla yad olunub və tarixi hadisələr dinləyicilərə ətraflı şəkildə çatdırılıb.

Verilişdə Bakının tarixi keçmişinə toxunularaq, şəhərin bugünkü memarlıq üslubu və göz oxşayan simasından bəhs edilib. Bundan əlavə proqramda Azərbaycan ədəbiyyatından seçilmiş şeirlər və məşhur sənətçilərimizin ifasında müxtəlif musiqilər dinləyicilərə təqdim olunub.

Qeyd edək ki, 2024-cü ildən yayımlanan verilişdə Azərbaycan mədəniyyəti və ölkəmizin görkəmli şəxsləri geniş şəkildə tanıdılır.

“Azərbaycan rüzgarı” verilişinin müəllifi və aparıcısı İstanbul Universitetinin doktorantı, həmvətənimiz Səidə Ömərdir.

 

 

Etiketlər: