🌐 Keçmişin izi, gələcəyin sözü
11 İyul 2026, saat 04:00   •   🌡️ Bakı

Xocalı sakini: Bu gün çox sevincliyəm, çünki doğma torpaqlarımıza qayıtmışıq VİDEO

 

“Bu gün çox sevincliyəm, çünki doğma torpaqlarımıza qayıtmışıq. Mən buradan çıxanda 25 yaşım var idi, indi isə saçlarım ağarıb”.

Azərbaycan.media bildirir ki, bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında bu gün Xocalı rayonunun Seyidbəyli kəndinə köç edən keçmiş məcburi köçkün Bənövşə Muradova deyib.

“Bu günü çox gözləmişik, ümidlər bağlamışıq. Nəhayət ki, arzularımız həyata keçib. Bu günə çox şükürlər olsun. Buna görə şəhidlərimizə borcluyuq. Prezidentimizə minnətdarıq”, – deyə B.Muradova bildirib.