XƏBƏR • GÜNDƏM • MƏDƏNİYYƏT • CƏMİYYƏT ✦ 19 Oktyabr 2026 ✦ 14:27:08 ✦ 🌡️ Bakı — yenilənir… ✦ AZN  |  1 USD = 1.70  |  1 EUR = 1.84  |  1 RUB = 0.021
✦ MƏLUMAT • XƏBƏR • CƏMİYYƏT AZ⌄

Corco Armani varislərinə brendini satmağı vəsiyyət edib

Mətn:
Paylaş: WhatsApp Telegram Facebook X LinkedIn E-poçt

Corco Armaninin varisləri onun şirkətini ictimailəşdirə və ya sata bilərlər.
Bu barədə italiyalı modelyerin vəsiyyətində deyilir.
O, ölümündən sonra 18 ay ərzində “Giorgio Armani S.p.A.”nın 15%-nin, sonrakı 3-5 il ərzində isə daha 30%-dən 54,9%-ə qədərinin eyni alıcıya satılmasını əmr edib.
Modelyer lüks mallar seqmentində dünya liderləri – “L’Oreal”, LVMH və “EssilorLuxottica”nı özünün prioritet alıcıları hesab edib.
Dizayner şirkətin səsvermə hüququ olan səhmlərinin 40%-ni şəriki və ortağı Pantaleo Delorkoya, 30%-ni 2016-cı ildə qurulan “Fondazione Giorgio Armani”yə, 15%-ni isə biznesinin müxtəlif sahələrini idarə edən qardaşı oğlu və qardaşı qızına vəsiyyət edib. Qalan qohumlar səsvermə hüququ olmadan payları miras aldılar.  \\Yeniavaz.com

Etiketlər: