XƏBƏR • GÜNDƏM • MƏDƏNİYYƏT • CƏMİYYƏT ✦ 19 Oktyabr 2026 ✦ 13:13:37 ✦ 🌡️ Bakı — yenilənir… ✦ AZN  |  1 USD = 1.70  |  1 EUR = 1.84  |  1 RUB = 0.021
✦ MƏLUMAT • XƏBƏR • CƏMİYYƏT AZ⌄

Nazir: Avropa İttifaqı Rusiya qazından bir il ərzində imtina edə bilər

Mətn:
Paylaş: WhatsApp Telegram Facebook X LinkedIn E-poçt

Avropa İttifaqı Rusiya qazını almağı 6-12 ay ərzində tədricən dayandıra bilər.

APA xəbər verir ki, bu haqda “Reuters“ ABŞ-ın enerji naziri Kris Rayta istinadən məlumat verib.

Nazirin verdiyi məlumata görə, Avropa İttifaqı Rusiya qazını 6-12 ay ərzində tədricən dayandıraraq onun yerinə ABŞ-dan mayeləşdirilmiş təbii qaz idxal edə bilər. O, qeyd edib ki, ABŞ-ın bu təklifi Aİ rəsmilərinə çatdırıb.

Rayt cümə günü Brüsseldə, Aİ-nin enerji komissarı Dan Yorgensenlə görüşü zamanı Avropanın Rusiya enerji daşıyıcılarını almağı dayandırması mövzusunu müzakirə edib.

Bildirilib ki, Aİ Rusiya nefti və qazının idxalının 2028-ci ilin yanvarına qədər tədricən dayandırılması üçün hüquqi təkliflər üzərində danışıqlar aparır. Bundan əlavə, qısamüddətli müqavilələrə gələn ildən qadağa qoyulacaq.

Etiketlər: