XƏBƏR • GÜNDƏM • MƏDƏNİYYƏT • CƏMİYYƏT ✦ 19 Oktyabr 2026 ✦ 13:58:10 ✦ 🌡️ Bakı — yenilənir… ✦ AZN  |  1 USD = 1.70  |  1 EUR = 1.84  |  1 RUB = 0.021
✦ MƏLUMAT • XƏBƏR • CƏMİYYƏT AZ⌄

Bir yaşlı körpə anasının qucağından düşərək ölüb

Mətn:
Paylaş: WhatsApp Telegram Facebook X LinkedIn E-poçt

Neftçalada 1 yaşlı uşaq faciəvi şəkildə ölüb.

“Qafqazinfo”nun məlumatına görə, hadisə Neftçala rayonun II Qaralı kəndində baş verib.

Belə ki, kənd sakini 2001-ci il təvəllüdlü Allahverdiyeva Şəbnəm Etibar qızının qucağında olan əkiz uşaqlarından biri, 2024-cü il təvəllüdlü körpə ehtiyatsızlıqdan yerə düşüb. Nəticədə müxtəlif dərəcəli bədən xəsarətləri alan körpə dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Etiketlər: