XƏBƏR • GÜNDƏM • MƏDƏNİYYƏT • CƏMİYYƏT ✦ 19 Oktyabr 2026 ✦ 16:16:15 ✦ 🌡️ Bakı — yenilənir… ✦ AZN  |  1 USD = 1.70  |  1 EUR = 1.84  |  1 RUB = 0.021
✦ MƏLUMAT • XƏBƏR • CƏMİYYƏT AZ⌄

İqtisadi böhran, qeyri-sabitlik: Makronun “sonu” yaxınlaşır

Mətn:
Paylaş: WhatsApp Telegram Facebook X LinkedIn E-poçt

Fransa xroniki siyasi qeyri-sabitliklə üzləşib və artan maliyyə böhranının öhdəsindən gəlmək iqtidarında deyil.

Azərbaycan.media Axar.az-a istinadən xəbər verir ki, bu barədə “Nyu York Tayms”da yayımlanan məqalədə deyilir.

Bildirilir ki, Fransa artıq dalana dirənib.

Məqalə müəllifinin sözlərinə görə, ölkə təkcə hökumətin dağılmasına deyil, eləcə də prezident Emmanuel Makronun istefasına doğru irəliləyir.

Məlumata görə, üstəlik Fransa liderinin əhali arasında güvəni 15 faizə düşüb.

Qeyd edək ki, ötən gün Fransa Milli Assambleyasının deputatlarının əksəriyyəti Baş nazir Fransua Bayrunun proqram xarakterli çıxışından sonra hökumətə etimadın əleyhinə səs verib.

Etiketlər: