🌐 Keçmişin izi, gələcəyin sözü
11 İyul 2026, saat 06:37   •   🌡️ Bakı

Zelenski: Rusiya yenidən Ukraynanın enerji obyektlərinə hücuma başlayıb

Rusiya növbəti dəfə Ukraynanın enerji infrastruktur obyektlərinə hücuma başlayıb.

APA xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski axşam müraciətində məlumat verib.

Onun sözlərinə görə, Ukrayna bu cür zərbələri cavabsız qoymayacaq.

“Ruslar indi yenidən energetika sektorumuza zərbələr endirirlər. Əlbəttə, biz cavab veririk və verəcəyik, amma əsas məsələ sistemin sabitliyidir”, – deyə Zelenski qeyd edib.