XƏBƏR • GÜNDƏM • MƏDƏNİYYƏT • CƏMİYYƏT ✦ 19 Oktyabr 2026 ✦ 11:21:26 ✦ 🌡️ Bakı — yenilənir… ✦ AZN  |  1 USD = 1.70  |  1 EUR = 1.84  |  1 RUB = 0.021
✦ MƏLUMAT • XƏBƏR • CƏMİYYƏT AZ⌄

Biz niyə bu qədər unutqanıq?.. — Südabə Sərvi yazır

Mətn:
Paylaş: WhatsApp Telegram Facebook X LinkedIn E-poçt
Bir zamanlar “Neftçi”nin şərəfini qoruyan bir futbolçu vardı — Səmədağa Şıxlarov.
O, yalnız Azərbaycanda deyil, keçmiş SSRİ futbol camiəsində də tanınan, sevilən bir sima idi.
Anatoli Banişevski ilə eyni komandada oynayıb.
“Neftçi”nin bir çox qələbəsində onun əməyi, onun izi var.
Komandanın heyətində 150 oyuna çıxıb, sonra isə məşqçi kimi də futbolumuza xidmət edib.
Çox təəssüf ki, 2021-ci ildə avtomobil qəzası nəticəsində dünyasını dəyişdi…
Bu il, sentyabrın 5-də, yəni dünən, mərhum futbolçunun 70 yaşı tamam oldu.
Amma… onu yada salan olmadı. Nə AFFA, nə İdman Nazirliyi, nə də futbol ictimaiyyəti…
Halbuki, kiçik bir diqqət, sadə bir xatırlatma, ailəsinə təsəlli, cəmiyyətə örnək olardı.
Bu sükut — bu unutqanlıq — sadəcə bir insanın yoxluğuna deyil, futbola olan biganəliyə də işarədir.
Səmədağa Şıxlarov bu ölkənin futbol tarixində bir səhifədir.
O səhifəni çevirmədən keçmək — vicdan borcuna göz yummaqdır.
Biz niyə bu qədər unutqanıq?..
Südabə Sərvi  
Yazıçı-jurnalist
Azərbaycan.media
Etiketlər: