XƏBƏR • GÜNDƏM • MƏDƏNİYYƏT • CƏMİYYƏT ✦ 19 Oktyabr 2026 ✦ 14:04:44 ✦ 🌡️ Bakı — yenilənir… ✦ AZN  |  1 USD = 1.70  |  1 EUR = 1.84  |  1 RUB = 0.021
✦ MƏLUMAT • XƏBƏR • CƏMİYYƏT AZ⌄

Braziliya ABŞ-a qarşı sammit çağırdı: Hansı addım atılacaq?

Mətn:
Paylaş: WhatsApp Telegram Facebook X LinkedIn E-poçt

Braziliya rəhbərliyi BRİKS-in bəzi üzvlərinə qarşı ABŞ-ın aqressiv addımlarına blokun vahid cavab verməsi üçün videokonfrans formatında fövqəladə sammit çağırıb.

Axar.az xəbər verir ki, bu barədə TASS-a braziliyalı politoloq Robertu Santos məlumat verib.

“Braziliya prezident administrasiyasının gözləntiləri ondan ibarətdir ki, BRİKS ABŞ-ın aqressiyasına birgə cavab versin və blokun çoxtərəfliliyin, ölkələrarası hörmətin nümunəsi olaraq qaldığını nümayiş etdirsin”, – deyə ekspert bildirib.

Onun sözlərinə görə, Braziliya lideri Luis İnasiu Lula da Silva ABŞ administrasiyasının tarif tədbirlərinə cavab olaraq icma üzvlərinə ticarət əlaqələrini daha da möhkəmləndirməyi təklif edəcək.

“ABŞ-ın tarif tətbiq etdiyi bəzi Braziliya malları BRİKS ölkələrinin digər bazarlarına yönəldilə bilər”, – Santos vurğulayıb.

Etiketlər: